RU

Özəl kredit modeli nədir?

Son illər maliyyə dünyasında yeni bir istiqamət kimi diqqət çəkən özəl kredit mexanizmi getdikcə daha geniş tətbiq olunmağa başlayıb. 

Bu yanaşma ənənəvi bank kreditlərindən fərqli olaraq, şirkətlərə maliyyə vəsaitini birbaşa investorlar vasitəsilə əldə etmək imkanı yaradır. Beləliklə, alternativ maliyyələşmə üsulu kimi önə çıxır. Özəl kreditin üstün cəhətlərindən biri də şərtlərin daha fərdi şəkildə müəyyən olunmasıdır. 

Maraqlıdır, özəl kredit modeli ölkəmizdə də tətbiq oluna bilərmi? 

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki, özəl kredit mexanizmi həm iqtisadi mühitin genişlənməsi, həm də biznes subyektlərinin maliyyə əlçatanlığının artırılması baxımından cəlbedici hesab olunsa da, hazırkı şəraitdə ölkəmizdə bu sistemin tətbiqi çətin görünür:

397214

“Bunun əsas səbəbi maliyyə bazarının hələ yetkin mərhələyə çatmamasıdır. Belə ki, institusional investorların – xüsusilə özəl pensiya və investisiya fondlarının olmaması kapitalın toplanmasını məhdudlaşdırır. Digər tərəfdən, səhm bazarında aktivlik aşağı səviyyədədir və şirkət paylarının alqı-satqısı geniş yayılmayıb”.

Ekspert qeyd edib ki, məhz bu boşluqlar səbəbindən özəl kredit alətlərinin işlək mexanizmə çevrilməsi üçün lazımi zəmin formalaşmayıb:

“Bu istiqamətdə irəliləyiş əldə etmək üçün ilk növbədə bazar institutlarının inkişafı, investor bazasının genişləndirilməsi və risklərin idarə olunmasına dair effektiv sistemlərin qurulması vacibdir. Yalnız bundan sonra bu modelin real tətbiqindən danışmaq mümkün olacaq”.

Günel Cəlilova

Избранный
22
hit.az

1Источники