RU

Baş nazir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə böyük önəm verir

Regionumuzun üzləşdiyi ən kəskin çağırışlardan biri Xəzər dənizinin səviyyəsinin sürətlə aşağı düşməsidir.

Teleqraf xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Qazaxıstanın Astana şəhərində təşkil olunan Regional Ekoloji Sammitdə çıxışı zamanı deyib.

“Azərbaycanın təşəbbüsü ilə Xəzərin səviyyəsinin azalma səbəblərini öyrənmək və müvafiq cavab tədbirləri hazırlamaq məqsədilə Qazaxıstan, Rusiya və Türkmənistanla ikitərəfli işçi qrupları yaradılıb. İqlim dəyişikliyi də Xəzərin dayazlaşmasına ciddi təsir göstərir. Azərbaycanda iqlim dəyişikliklərinin Xəzər dənizinin ətraf mühitinə mənfi təsirini minimuma endirmək üçün ardıcıl tədbirlər görülür”, - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə milli və beynəlxalq dayanıqlı inkişaf gündəliyinin ayrılmaz tərkib hissəsi kimi baxaraq, bu sahəyə böyük önəm verir.

Ə.Əsədov qeyd edib ki, bu kontekstdə BMT-nin iqlim konfransının - COP29-un Bakıda keçirilməsi ölkəmizin qlobal iqlim gündəliyinin əsas məsələləri üzrə beynəlxalq səylərin birləşdirilməsinə ən mühüm töhfəsi olub.

"Əminik ki, builki sammitin yekunları praktiki təşəbbüslərin hazırlanmasına və ətraf mühitin mühafizəsi sahəsində regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək. İqlim dəyişikliyi və şirin su çatışmazlığ ilə bağlı yaranan qlobal çağırışların kəskinləşdiyi bir şəraitdə, su təhlükəsizliyi məsələləri beynəlxalq gündəmdə prioritet əhəmiyyət kəsb edir”, - deyə Baş nazir bildirib.

Избранный
55
5
teleqraf.com

6Источники