RU

Çelikdən onu tənqid edən azərbaycanlıya sərt cavab

ain.az, Axsham.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, türkiyəli nüğənni Çelik bir neçə gün əvvəl Bakıda konsert verib. Gecədə tamaşaçılarla kobud davranışı isə gündəm olub.

Axşam.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə onu tənqid edən azərbaycanlı izləyiclərdən birinə cavab verib.

"Türkiyədə işi olmayan, telekanllara çıxmayan, pulu bitən, qumar borcu olan, Türkiyədə heç kimin saymadığı müğənnilər pul toplamaq üçün Bakıya gəlir" sözləri Çeliki əsəbiləşdirib.

İfaçı şərhə "Başqası haqda nəsə deyə bilmərəm. Ancaq mənim hər ay Türkiyədə 15-20 konsertim var və hamısı qısa zamanda "sold-out" olur. Bunlar sizin öz düşüncələrinizdir. Amerika, Almaniya, Belçika, Niderland və Avstraliyada səhnələrə çıxıram. Siz ancaq saxta profildən bunları yaza bilərsiniz. Gerçək profilinizlə yaza bilməyəcək qədər qorxaq və xaraktersizsiniz" cavabını yazıb.

Qeyd edək ki, Çelik konsert zamanı onunla foto çəkdirmək istəyən tamaşaçılara kobud davranıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
axsam.az

2Источники