Günəşdən qoruyucu və ya başlıqdakı naqillər zədələnə bilər ki, bu da qısaqapanmaya və yanğına səbəb ola bilər.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, Ford Motor Company təxminən 140.000 Ford Ranger pikapını naqillərdəki problemlərə görə geri çağırır .Qeyd olunur ki, günəşdən qoruyucu şüşədəki və ya başlıqdakı naqillər zədələnə bilər ki, bu da qısaqapanmaya və yanğına səbəb ola bilər.
Dilerlər göstərilən ərazilərdəki naqilləri yoxlayacaq və lazım gələrsə dəyişdirəcəklər.
Xatırladaq ki, Amerika avtomobil istehsalçısı Ford, Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) gözlənilməz eniş sürətləri ilə bağlı araşdırmasından sonra ABŞ-da təxminən 1,4 milyon F-150 pikapını geri çağırır .
Ford əvvəllər ön şüşə siləndəki nasazlıq səbəbindən 422.613 avtomobili əhatə edən genişmiqyaslı servis kampaniyası elan etmişdi .
Həmçinin bildirilib ki, Ford yanacaq yanğını riski səbəbindən 694.000-dən çox krossoveri geri çağırır.