RU

Qığızıstan buzlaqlarının 80 faizə qədərini itirə bilər - Japarov

Qırğızıstanın payına qlobal istixana qazı emissiyalarının cəmi 0,03%-i düşür, lakin ölkə iqlim dəyişikliyinin fəsadlarının qeyri-mütənasib dərəcədə yüksək olan yükünü daşıyır.

Trend xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov aprelin 22-də Qazaxıstanın Astana şəhərində keçirilən Regional Ekoloji Sammitin plenar iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısının sözlərinə görə, 2020-ci ildən etibarən ölkədə baş verən fövqəladə halların, o cümlədən sel və daşqınların sayı üç dəfə artıb:

"O qeyd edib ki, birbaşa maddi ziyanın məbləği ildə təxminən 16 milyon ABŞ dolları təşkil edir, Qırğızıstanda buzlaşma sahəsi isə 16% azalıb".

Sadır Japarov vurğulayıb ki, proqnozlara əsasən, 2100-cü ilə qədər Qırğızıstan buzlaqlarının 80%-ə qədərini itirə bilər.

"Son onilliklər ərzində İssık-Kul gölünün səviyyəsi təxminən 14 metr azalıb, ona tökülən çayların sayı 100-dən artıqdan 30-a düşüb, 1968-ci ildən bəri dağlıq buzlaq mənşəli göllərinin sayı 30% artıb", - deyə Qırğızıstan Prezidenti bildirib.

Qeyd edək ki, Astanada 2026-cı il Regional Ekoloji Sammiti keçirilir. BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində yaradılmış bu dialoq platforması Mərkəzi Asiyada ekosistemlərin, su və torpaq resurslarının qorunması, bərpası və birgə istifadəsi, həmçinin biomüxtəlifliyin qorunub-saxlanılması üzrə kompleks siyasət və alətlərin formalaşdırılmasına yönəlib.

"Son onilliklər ərzində İssık-Kul gölünün səviyyəsi təxminən 14 metr azalıb, ona tökülən çayların sayı 100-dən çoxdan 30-a düşüb, 1968-ci ildən isə yüksək dağlıq buzlaq göllərinin sayı 30% artıb", - deyə Qırğızıstan Prezidenti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
31
1
olaylar.az

2Источники