Trend xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov aprelin 22-də Qazaxıstanın Astana şəhərində keçirilən Regional Ekoloji Sammitin plenar iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, 2020-ci ildən etibarən ölkədə baş verən fövqəladə halların, o cümlədən sel və daşqınların sayı üç dəfə artıb:
"O qeyd edib ki, birbaşa maddi ziyanın məbləği ildə təxminən 16 milyon ABŞ dolları təşkil edir, Qırğızıstanda buzlaşma sahəsi isə 16% azalıb".
Sadır Japarov vurğulayıb ki, proqnozlara əsasən, 2100-cü ilə qədər Qırğızıstan buzlaqlarının 80%-ə qədərini itirə bilər.
"Son onilliklər ərzində İssık-Kul gölünün səviyyəsi təxminən 14 metr azalıb, ona tökülən çayların sayı 100-dən artıqdan 30-a düşüb, 1968-ci ildən bəri dağlıq buzlaq mənşəli göllərinin sayı 30% artıb", - deyə Qırğızıstan Prezidenti bildirib.
Qeyd edək ki, Astanada 2026-cı il Regional Ekoloji Sammiti keçirilir. BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində yaradılmış bu dialoq platforması Mərkəzi Asiyada ekosistemlərin, su və torpaq resurslarının qorunması, bərpası və birgə istifadəsi, həmçinin biomüxtəlifliyin qorunub-saxlanılması üzrə kompleks siyasət və alətlərin formalaşdırılmasına yönəlib.
"Son onilliklər ərzində İssık-Kul gölünün səviyyəsi təxminən 14 metr azalıb, ona tökülən çayların sayı 100-dən çoxdan 30-a düşüb, 1968-ci ildən isə yüksək dağlıq buzlaq göllərinin sayı 30% artıb", - deyə Qırğızıstan Prezidenti bildirib.