RU

70 manata görə dostunu döydü Əsəbi idim, iki şillə vurdum

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Quba rayonunda kafedə borc üstündə yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 13-də Quba şəhərində baş verib. 1983-cü il təvəllüdlü Kamran həmin gün saat 23 radələrində Quba şəhəri, yun bazarı adlanan ərazidə yerləşən “İnfiniti” adlı kafeyə gəlib. O, əvvəldən tanıdığı İlqarı (adlar şərtidir – red.) görüb və bir neçə gün əvvəl aralarında baş vermiş mübahisəni bəhanə edərək əvvəlcə kafedə, sonra isə kafenin qarşısında onunla mübahisə yaradıb. Uca səslə İlqarın ünvanına nalayiq ifadələr işlədib, bədəninin müxtəlif nahiyələrinə əllə zərbələr vuraraq ona xəsarətlər yetirib. İş üzrə ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, yanvarın 13-də Bakı şəhərində bir qədər spirtli içki qəbul edib və daha sonra Quba rayonuna gəlib:“Həmin gün saat 22 radələrində Qubaya çatdım və “İnfiniti” adlı kafedə çay içdikdən sonra yun bazarında yerləşən kafeyə gəldim. Orada İlqar adlı tanışımı gördüm. İlqarla aramızda borc məsələsi olduğu üçün onu kafenin qarşısına çağırdım. Bunun üçün kafenin qarşısına çıxdıq. Həmin vaxt aramızda mübahisə yarandığı üçün bir-birimizin yaxamızdan tutduq. Əsəbi olduğum üçün həmin vaxt İlqara iki dəfə şillə vurdum. Bundan sonra araya Elmir bizi ayırdı. Sonra Elmir İlqarı avtomobilinə əyləşdirərək apardı”. İş üzrə zərərçəkmiş İlqarın sözlərinə görə, yanvarın 13-də, saat 22 radələrində Quba şəhərində qonşu kənddən olan taksi sürücüsü Elmirlə qarşılaşdıqdan sonra çay içmək məqsədi ilə Quba şəhərində yun bazarı adlanan ərazidə yerləşən kafedə gediblər:“Bir qədər sonra kafeyə Kamran adlı tanışım gələrək masalardan birində oturdu. Kamranın mənə 70 manat borcu olub. Lakin uzun müddətdir ki, borcu qaytarmayıb. O, bir neçə dəqiqədən sonra məni kafenin qarşısına çağıraraq pulumu verməyəcəyini bildirdi. Bu səpkidə aramızda mübahisə yarandı. Kamran sərxoş olduğu üçün yaxamdan tutduğu üçün əlbəyaxa olduq. Bu vaxt kafeni işlədən Pərvin adlı şəxs  yaxınlaşaraq bizi ayırdı. Bu zaman Kamran qaçaraq üzərimə hücum çəkdi və başımın arxa tərəfindən vuraraq məni yerə yıxdı. Bundan sonra mənimlə birlikdə kafedə olan Elmir gələrək bizi ayırdı”.Quba Rayon Məhkəməsinin hökmü ilə Kamran aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
38
demokrat.az

10Источники