RU

Vaşinqtondan Bağdada təzyiq: İraqa dollar göndərişləri dayandırılıb

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Terrorizmə qarşı mübarizə bölmələri üçün bir neçə təlim proqramının maliyyələşdirilməsi də dondurulub

ABŞ İraqa dollar əskinas göndərişlərini dayandırıb və İraq hakimiyyətinə yerli İranpərəst milisləri dağıtmaq üçün təzyiq göstərmək məqsədilə Bağdadla təhlükəsizlik əməkdaşlığı proqramlarını dondurub. AYNA.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrə görə, ABŞ Maliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Bankındakı hesablardan İraq neftinin satışından əldə edilən gəlirlərdən təxminən 500 milyon dolların köçürülməsini bloklayıb. Bu, ABŞ-ın İrana qarşı hərbi əməliyyatının başlanğıcından bəri Vaşinqtonun İraqa dayandırdığı ikinci nağd pul göndərişidir.

Nəşr yazıb ki, ABŞ hakimiyyəti həmçinin İraq ordusu və terrorizmə qarşı mübarizə bölmələri üçün bir neçə təlim proqramının maliyyələşdirilməsi də dondurulub.

"The Wall Street Journal" qeyd edib ki, Vaşinqtonun bu addımları onun Bağdada təzyiqi artırmaq və İraqın İranla əlaqələrini zəiflətmək istəyini göstərir.

Nəşr xatırladıb ki, 2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra İraq neftinin satışından əldə edilən gəlir Nyu-York Federal Ehtiyat Bankında saxlanılmağa başlayıb. 2015-ci ildə ABŞ bəzi vəsaitlərin İŞİD terror qruplaşmasının əlinə keçməsi şübhələri səbəbindən İraqa nağd pul köçürmələrini müvəqqəti olaraq dayandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
92
ayna.az

1Источники