Qaz böhranı daha da pisləşməkdə davam edir və Bağdaddakı restoran və kafe sahiblərinə təzyiq göstərir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bəzi restoran sahibləri qaz çatışmazlığı səbəbindən müvəqqəti olaraq bağlanmaq məcburiyyətində qalıb, kafe sahibləri isə isti içkilər hazırlamaq üçün daha ucuz alternativ olaraq kömürdən istifadə etməyə tələsiblər.
"Bu fonda Neft Nazirliyi xaricdən tədarükü artırıb. Rəsmi mənbələr bu vəziyyəti regional hadisələrin təsiri ilə əlaqələndirirlər", - media yazıb.