RU

İrlandiya şirkətləri Azərbaycanda "yaşıl enerji" layihələrinə investisiya yatırmağa dəvət olunub

Bakı. Trend:

İrlandiya şirkətləri Azərbaycanda bərpa olunan enerjilayihələrinə, o cümlədən istehsal və ötürmə sahələrinə investisiyayatırmağa dəvət olunub.

Trend xəbərverir ki, bu barədə energetika naziri Pərviz Şahbazovlaİrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri ToniMakKormakın başçılıq etdiyi nümayəndə heyəti arasında keçiriləngörüş zamanı bildirilib.

Görüşdə Azərbaycanla İrlandiya arasında ikitərəflimünasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsindəəməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.Parlamentlərarası əlaqələrin münasibətlərin möhkəmləndirilməsində,eləcə də yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühümrolu vurğulanıb. Enerji sahəsində mövcud qlobal çağırışlar fonundaAzərbaycanın Avropanın enerji təhlükəsizliyinə sabit və etibarlıenerji təchizatçısı kimi verdiyi töhfələr qeyd olunub. Ölkəmizinxam neft və təbii qaz ixracı, həmçinin enerji sistemininşaxələndirilməsi çərçivəsində bərpa olunan enerji mənbələrinininkişafı və regionlararası “yaşıl enerji dəhlizləri”nin yaradılmasıistiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib.İrlandiya nümayəndə heyəti ölkələrinin enerji keçidi siyasəti,bərpa olunan enerji mənbələrinin inkişafı və enerjiinfrastrukturunun modernləşdirilməsi istiqamətində görülən işləridiqqətə çatdıraraq, Azərbaycanla enerji sahəsində əməkdaşlığıngenişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Görüşdə ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam nefttəchiz edildiyi qeyd olunub. Mayeləşdirilmiş təbii qaz (LNG)sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, həmçininİrlandiya şirkətləri Azərbaycanda bərpa olunan enerji layihələrinə,o cümlədən istehsal və ötürmə sahələrinə investisiya yatırmağadəvət olunub.

Söhbət zamanı İrlandiya tərəfinin “Bakı Enerji Həftəsi”çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı məsələsinə dətoxunulub.

Məqalədə:
Избранный
27
3
az.trend.az

8Источники