Bakı.Trend:
Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyirayonlarında havanın fasilələrlə yağıntılı olacağı gözlənilir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətliintensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıqərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəziçaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.