ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
İtaliya Kubokunun yarımfinalının cavab matçında "Komo"nu öz meydanında 3:2 hesabı ilə məğlub edərək (ilk oyun: 0:0) finala yüksələn "İnter"in baş məşqçisi kristian Kivu qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini Canluka Di Martsionun rəsmi saytı belə çatdırıb:
"Bunu komanda işi sayəsində bacardıq. İlk gündən uşaqlar komandaya lazımınca xidmət edir, meydana çıxanda özlərini yaxşı tərəfdən göstərirlər. Bu gün ehtiyat oyunçuların da bizə çox faydası dəydi.
"Komo"nun necə rəqib olduğunu bilirdik. Onlara çox qol vura bilərdik. Çünki mənim uşaqlarımın qüruru və qələbə arzusu var. "Komo"nu 10 gündə iki dəfə yenməyə yalnız dəlisov "İnter" qadirdir. Həm çempionatda, həm də İtaliya Kubokunda hədəflərimizə çatacaq gücdəyik".
"İnter" finalda "Latsio" - "Atalanta" cütünün qalibi ilə üz-üzə gələcək.
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.