Ajans.az xəbər verir ki,ümumilikdə 16 bələdiyyə müəssisəsi — uşaq bağçaları, məktəblər və liseylər — eləcə də təxminən beş özəl təhsil ocağı fəaliyyətini dayandırıb. Polis bir qrup şəxsə qarşı səsləndirilən ciddi və qanunsuz təhdidlərlə bağlı araşdırmaya başlayıb. Hələlik heç kim saxlanılmayıb və şübhəli şəxs müəyyən edilməyib. Təhdidin real olub-olmadığı dəqiqləşdirilməsə də, hüquq-mühafizə orqanları vəziyyəti potensial təhlükəli hesab edərək araşdırmaları davam etdirir. Hadisələrin başlanğıcı aprelin 20-də şagirdlər arasında narahatedici məlumatların yayılması ilə qoyulub. Ertəsi gün axşam saatlarında məlumat bələdiyyə rəsmilərinə çatdırılıb və dərhal rəsmi strukturlar məlumatlandırılıb. Yaranmış vəziyyət valideynlər və şagirdlər arasında narahatlığa səbəb olub. Bəzi ailələr qeyri-müəyyənlik və təhlükə ehtimalı səbəbilə uşaqlarını hətta açıq qalan məktəblərə də göndərməməyə üstünlük verirlər.