RU

Deputat: Qanun nə qədər yaxşı hazırlanırsa hazırlansa, mexanizmi yoxdursa işləməyəcək

"Qanun nə qədər yaxşı hazırlanırsa hazırlansın, Azərbaycanda əsas problem qanunda deyil. Əsas problem qanunun reallaşma mexanizmidir. Əgər onun işlək reallaşma mexanizmi və səmərəli fəaliyyət göstərən reallaşma mexanizmi varsa, işləyəcək. Yoxdursa, işləməyəcək".

Azreform.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

"Bu qanun qəbul olunandan sonra işlək reallaşma mexanizmi olsa, işləyəəck. Olmasa, burada xeyli dərəcədə qarışıq məqamlar var. O qarışıq məqamlar bir-birinə qarışanda, bunun işləmə effekti aşağı düşər", - deyə deputat bildirib.

Mürtəza

Избранный
12
7
azreform.info

8Источники