RU

İspaniya Ukraynaya hərbi dəstək verəcək

İspaniyanın müdafiə naziri Marqarita Robles Ukraynaya xeyli sayda zirehli maşın göndəriləcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə nazirliyin mətbuata açıqlamasında deyilir.

Krallığın Müdafiə Nazirliyinin rəhbəri hazırda Kiyevdə səfərdədir. Robles Madridin Kiyevə dəstəyini nəzərdə tutaraq deyib ki, “Ukrayna artıq İspaniyanın bir hissəsidir”. Səfər zamanı nazir xeyli sayda taktiki zirehli maşın tədarük olunacağını elan edib. İlk partiyanın may ayının əvvəlində göndərilməsi gözlənilir. Tədarükə, həmçinin döyüş sursatı da daxil ediləcək.

Nazirliyin məlumatına görə, İspaniyada təlim keçmiş Ukrayna hərbçilərinin sayı 9 mini ötmək üzrədir.

"Cebheinfo.az"

Избранный
25
6
cebheinfo.az

8Источники