
ABŞ administrasiyası İranla müharibədə ABŞ-ni dəstəkləməkdən imtina edən NATO ölkələrinin qara siyahısını tərtib edib.
Yenavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, NATO rəhbəri Mark Ruttenin 8-12 aprel tarixlərində Vaşinqtona səfərindən əvvəl rəsmilərin üzərində işlədiyi sənəddə NATO-ya üzv dövlətlərin təşkilata verdiyi töhfələrə ümumi baxış yer alır və onları dərəcələrə görə sıralayır.
Müdafiə naziri Pit Heqset də ötən ilin dekabr ayında belə bir təşəbbüsün mümkünlüyünü əsaslandırmış və mükəmməllik nümayiş etdirən nümunəvi müttəfiqlərin xüsusi münasibət görəcəklərini qeyd etmişdi.
Diplomatlardan birinin sözlərinə görə, siyahı bu konsepsiyanı əks etdirir. O, Ağ Evin yaxşı və pis müttəfiqlər haqqında sənədi olduğunu bildirib.
Mənbələr qeyd edir ki, ABŞ administrasiyası müxtəlif variantları planlaşdırarkən detalları gizli saxlayır.