ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ administrasiyası İranla müharibədə ABŞ-ni dəstəkləməkdən imtina edən NATO ölkələrinin qara siyahısını tərtib edib.
Yenavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, NATO rəhbəri Mark Ruttenin 8-12 aprel tarixlərində Vaşinqtona səfərindən əvvəl rəsmilərin üzərində işlədiyi sənəddə NATO-ya üzv dövlətlərin təşkilata verdiyi töhfələrə ümumi baxış yer alır və onları dərəcələrə görə sıralayır.
Müdafiə naziri Pit Heqset də ötən ilin dekabr ayında belə bir təşəbbüsün mümkünlüyünü əsaslandırmış və mükəmməllik nümayiş etdirən nümunəvi müttəfiqlərin xüsusi münasibət görəcəklərini qeyd etmişdi.
Diplomatlardan birinin sözlərinə görə, siyahı bu konsepsiyanı əks etdirir. O, Ağ Evin yaxşı və pis müttəfiqlər haqqında sənədi olduğunu bildirib.
Mənbələr qeyd edir ki, ABŞ administrasiyası müxtəlif variantları planlaşdırarkən detalları gizli saxlayır.
Onlar əlavə ediblər ki, rəsmilər bu imtiyazların və ya nəticələrin nə ola biləcəyi barədə dəqiq məlumat verməyiblər.
Qeyd edək ki , ABŞ Prezidenti Donald Tramp bundan əvvəl ABŞ-nin ittifaqdakı rolunu yenidən nəzərdən keçirəcəyini bildirmişdi. “Politico”nun məlumatına görə, Vaşinqton nəzəri olaraq NATO-nun maliyyələşdirilməsini azalda, Avropadakı Amerika qoşunlarının sayını ixtisar edə və qoşunları bir ölkədən digərinə köçürə bilər. Bu cür planlarla tanış olan iki Avropa rəsmisi də birgə təlimlərin məhdudlaşdırılmasını, “pis” müttəfiqlərə silah satışının azaldılmasını və “yaxşı” müttəfiqlərə silah yardımı edilməsini potensial nəticələr kimi göstərib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.