RU

Yəhudilərin sayı açıqlanıb

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail Mərkəzi Statistika Bürosu yəhudilərin sayı ilə bağlı staistikanı açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, statistikaya görə, İsrail əhalisinin sayı 10 milyon 244 min nəfərə çatıb ki, bunun 7.79 milyonu (76 faizi) yəhudi və ya digər (ərəb olmayan xristianlar və heç bir dini kateqoriyaya aid edilməyənlər) kimi müəyyən edilib.

Bundan başqa, 2 milyon 157 min nəfəri (21.1 faizi) ərəb, 296 min nəfəri (2.9 faizi) isə əcnəbidir. 2025-ci ilin aprel ayından bəri İsrail əhalisi 146 min nəfər və ya 1.4 faiz artıb. Bu artımın 110 min nəfəri (1.1 faizi) israilli, təxminən 36 min nəfəri isə əcnəbi olub.

İsrail Mərkəzi Statistika Bürosu, həmçinin bu dövrdə təxminən 177 min doğum, 21 min immiqrantın ölkəyə gəlməsi və təxminən 48 min ölüm hadisəsini qeydə alıb. Məlumatlar göstərir ki, İsrailin yaranmasından bəri əhali 12,5 dəfə artaraq 806 mindən 10 milyon 244 minə çatıb.

Həmçinin qeyd edilib ki, əhalinin təxminən 27 faizini 0-14 yaş arası uşaqlar, təxminən 13 faizini isə 65 və yuxarı yaşda olanlar təşkil edir. İsrailin yaranmasından bəri ölkəyə 3,5 milyondan çox immiqrant gəlib ki, onlardan təxminən 1,68 milyonu (47,8 faizi) 1990-cı ildən sonra gəlib.

Eyni məlumatlara görə, dünyanın yəhudi əhalisi təxminən 15,8 milyon nəfərdir ki, onlardan 7 milyondan çoxu (təxminən 45 faizi) İsraildə yaşayır.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
71
50
cebheinfo.az

10Источники