RU

Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalar yenidən baxılacaq

Bakı. Trend:

Cinayət Məcəlləsində nəzərdə tutulan hərbi xidmət keçməkdənboyun qaçırma ilə bağlı cəzalara yenidən baxılacaq.

Trend-in əldəetdiyi məlumata görə, Konstitusiya Məhkəməsi bununla bağlı MilliMəclisə müvafiq tövsiyələr verib.

Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdənyayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrəçağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etməilə cəzalandırılır.

Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədəkmüddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burada “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlüsəbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə),müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrəhərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Yeni qərara görə isə, Cinayət Məcəlləsininyuxarıdakı maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildəmüəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi KonstitusiyaMəhkəməsi tərəfindən Milli Məclisə tövsiyəedilib.

Избранный
58
19
az.trend.az

10Источники