RU

Kriminallıq niyə yeniyetmələşir? AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Uşaqların cinayət aləminə meyil etməsi artıq sadəcə hüquqi problem deyil, cəmiyyətin gələcəyini təhdid edən ciddi böhrana çevrilir. Hər gün daha az yaşlı yeniyetmələrin aqressiv davranışları və qanunsuz əməlləri ilə bağlı xəbərlər eşidirik.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, bu gün yalnız ölkəmizdə deyil, bütün dünyada yeniyetmələrin və gənclərin həyatında və onların bir-birinə münasibətlərində qeyri-adi və narahatedici davranışlar müşahidə olunur. "Bu, qlobal mühitdə deviant davranışların sürətlə yayılmasının nəticəsi kimi də dəyərləndirilə bilər. Bu xüsusda qeyd etmək olar ki, kriminallığın artmasına təsir edən amillər yeniyetmələrin həyatına daha erkən mərhələdə müdaxilə edir. Yeniyetməlik dövrü isə elə bir həssas mərhələdir ki, bu yaşda valideyn nəzarətinin və diqqətinin zəifləməsi, məktəblərin tərbiyəvi funksiyalarını kifayət qədər yerinə yetirə bilməməsi, eləcə də rəqəmsal asılılığın sürətlə artması ciddi risklər yaradır. Bu faktorlar nəticə etibarilə deviant davranışların formalaşmasına və yayılmasına şərait yaradır".Sosioloq bildirib ki, burada ailə amilinin rolu xüsusilə vurğulanmalıdır. "Ailə yeniyetmənin və gəncin həyatında ən mühüm ilkin sosial institutdur. Vaxtilə aparılan tədqiqatlarda şəxsiyyətin formalaşmasında ailənin rolunun 65–70 faiz təşkil etdiyi qeyd olunurdu. Lakin müasir dövrdə rəqəmsal asılılığın artması ilə bu təsirin nisbətən zəiflədiyi müşahidə olunur. Bugünkü mühitdə yeniyetmələr və gənclər rəqəmsal platformalar vasitəsilə daha asan şəkildə bir-biri ilə əlaqə qururlar. Fiziki təmas olmadan, sosial şəbəkələr və qruplar üzərindən yaranan ünsiyyət bəzən onların davranışlarına və düşüncə tərzinə təsir göstərir. Təəssüf ki, bu platformalarda hər zaman müsbət və tərbiyəvi məzmun üstünlük təşkil etmir, əksinə, bəzi hallarda kriminal subkulturanı və mənfi davranış modellərini təşviq edən məzmunlar daha geniş yayılır. Bu da yeniyetmələrin psixologiyasına, gələcək davranışlarına və cəmiyyətdə özünü aparma qaydalarına mənfi təsir göstərir. Nəticədə aqressiv davranışların və hüquqpozma hallarının artması müşahidə olunur".Onun sözlərinə görə, bütün bunlar həm rəqəmsal dünyanın yaratdığı çağırışların, həm də ailə institutunda mövcud olan müəyyən boşluqların birgə nəticəsi kimi qiymətləndirilə bilər.Sosioloqun fikrincə, mövcud vəziyyət həm texnoloji dövrün gətirdiyi fəsadlar, həm də ailə daxilindəki diqqətsizliyin ortaq nəticəsidir. Yəni, uşaqların cinayətə meyilli olmasının əsas səbəbi ailədəki nəzarətsizlik və internetdə rastlaşdıqları zərərli məzmunların onlara pis nümunə olmasıdır.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
84
demokrat.az

1Источники