RU

Britaniyada "siqaretsiz nəsil" adlı sərt anti-tütün qanunu qəbul olunub

Bakı. Trend:

Böyük Britaniyada siqaretsiz nəsil barədə antitütün qanunu qəbuledilib. Yaxın zamanda ölkədə mağazalara 1 yanvar 2009-cu il və otarixdən sonra doğulan şəxslərə tütün məmulatlarının satışı qadağanediləcək.

Trend bu barədəxarici mediaya istinadən xəbər verir.

Böyük Britaniya 1 yanvar 2009-cu il və ya daha sonra doğulan hərkəsə tütün məhsullarının satışını ömürlük qadağan edən qanunlayihəsini təsdiqləyib.

Bu şəxslər üçün siqaret, elektron siqaret (veyplər) vəqızdırılan tütün məhsullarının alınmasına ömürlük qadağa tətbiqolunur.

Yeni siyasətə əsasən, tütün məmulatlarının satışına icazəverilən minimum yaş hər il bir yaş artırılacaq ki, bu da faktikiolaraq daha gənc nəsillər üçün bazarı həmişəlik bağlayır.

Böyük Britaniya hökuməti bunu siqaretdən azad nəsilformalaşdırmaq yolunda “əlamətdar addım” adlandırıb. Sənəddə birsıra tədbirlər nəzərdə tutulur, o cümlədən uşaqlar olanavtomobillərdə, uşaq meydançalarında və məktəblərin yaxınlığındaveyp istifadəsinin qadağan edilməsi — bu, gəncləri passiv siqaretçəkmə və veyp təsirindən qorumağa yönəlib.

Siqaret çəkmə dünyada ölüm və əlilliyin əsas səbəblərindən biriolaraq qalır: Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, buvərdiş hər il 7 milyondan çox insanın ölümünə səbəb olur.

Avropa ölkələrinin hökumətləri son illərdə gənclər arasındasiqaret çəkmə səviyyəsini azaltmaq məqsədi daşıyan daha genişstrategiya çərçivəsində tütün və nikotin məhsulları üzərindənəzarəti sərtləşdirirlər.

Belçika və Latviya 2025-ci ilin yanvarında birdəfəlik veyplərinsatışını qadağan ediblər. Buna səbəb kimi onların gənclər üçüncəlbedici olması və ətraf mühitə mənfi təsiri göstərilib.

Eyni zamanda İspaniya və Fransa ötən il ictimai yerlərdə açıqhavada siqaret çəkməni məhdudlaşdıran yeni qaydalar qəbulediblər.

Məqalədə:
Избранный
80
az.trend.az

1Источники