RU

ABL: "Sabah" "Gəncə"ni məğlub etdi

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə “Gəncə” ilə qarşılaşan “Sabah” qələbə qazanıb.

Bakı İdman Sarayında baş tutan matç “bayquşlar”ın 96:67 hesablı üstünlüyü ilə bitib.

Yarımfinal mərhələsinin digər görüşündə sabah “Abşeron Lions” və “Neftçi” komandaları münasibətləri aydınlaşdıracaqlar. İki qələbəyə çatan tərəf finala yüksələcək.

Избранный
53
fanat.az

1Источники