RU

Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin həcmi artıb

Bakı.Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycan ilə Çin arasındaticarət əməliyyatlarının həcmi 1,104 milyard ABŞ dolları təşkiledib.

Bu barədə TrendAzərbaycan Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə 75 milyon ABŞ dolları və ya 7,3% çoxdur.

Hesabat dövründə Çinlə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 11,73%-ni təşkil edib. Beləliklə, Çin hesabatdövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələrsırasında üçüncü yeri tutub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Çinə məhsul ixracı29,1 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 5,9 milyon ABŞ dolları və ya təxminən 25,4% çoxdur.

Hesabat dövründə Çindən Azərbaycana məhsul ixracı 1,075 milyardABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə7 milyon ABŞ dolları və ya təxminən 7% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xariciölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatlarıaparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞdolları və ya 21,9% azdır.

İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞdolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya29,3% azalıb.

Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğindəmüsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyonABŞ dolları və ya 1,9 dəfə çoxdur.

Məqalədə:
Избранный
36
5
az.trend.az

5Источники