ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Belçika Kraliçası Matilda 10-14 may 2026-cı il tarixləri arasında Türkiyəyə səfər edəcək.
525.az xəbər verir ki, bu barədə Belçika Kral Sarayının yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Kraliça iqtisadi missiyaya rəhbərlik edəcək, səfər çərçivəsində nümayəndə heyəti İstanbul və Ankarada görüşlər keçirəcək.
Açıqlamaya görə, kraliça mayın 10, 11 və 12-də keçiriləcək rəsmi tədbirlərdə şəxsən iştirak edəcək. Missiya Belçikanın xarici ticarət və investisiya əlaqələrinin gücləndirilməsinə yönəlmiş ən yüksək səviyyəli iqtisadi diplomatiya fəaliyyətlərindən biridir.
Səfər zamanı Kraliçanı Baş nazirin müavini və xarici işlər naziri Maksim Prevot, müdafiə və xarici ticarət naziri Teo Franken, Flaman hökumətinin Baş naziri Matias Diependaele və Vallon bölgəsinin vitse-prezidenti Pyer-İv Yeholet müşayiət edəcək.
Açıqlamada vurğulanıb ki, bu nümayəndə heyəti həm federal, həm də regional səviyyədə Belçikanın bütün iqtisadi imkanlarını təmsil edir.
Rəsmi proqrama əsasən, Türkiyəyə səfərdə xüsusilə enerji transformasiyası, liman əməliyyatları və logistika, sağlamlıq və həyat elmləri, aerokosmik və müdafiə, rəqəmsallaşma və Sənaye 4.0 sahələrində əməkdaşlıq imkanları müzakirə olunacaq. Belçika tərəfi Türkiyə ilə həm ticari, həm də texnoloji tərəfdaşlıq əlaqələrini dərinləşdirməyi hədəfləyir.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.