RU

Türkiyə ilə Azərbaycan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Türkiyənin ədliyyə naziri Akın Gürlek Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovla görüşdə iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Dost və qardaş ölkə olaraq, xüsusilə ədliyyə sahəsində əməkdaşlığı sahəsində birgə fəaliyyətimizi və bölgəmizdəki son prosesləri müzakirə etdik. "Bir millət, iki dövlət" anlayışı ilə qurumlarımız arasında səmimiyyət və qardaşlıq əsasında əməkdaşlığı daha da gücləndirməyə davam edəcəyik", - nazir yazıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
2
azpolitika.info

3Источники