RU

Livan İsrail görüşündə ABŞ tərəfinin adları açıqlanıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 23 aprel, AZƏRTAC

ABŞ Dövlət Departamentində Livan və İsrail rəsmiləri arasında aprelin 23-də keçiriləcək görüşdə iştirak edəcək ABŞ nümayəndə heyətinin adları açıqlanıb.

AZƏRTAC-ın “News Nation”a istinadla verdiyi məlumata görə, görüşdə Dövlət katibi Marko Rubio, müşavir Maykl Nidham, ABŞ-nin İsrail və Livandakı səfirləri, həmçinin bu ölkələrin ABŞ-dəki səfirləri iştirak edəcəklər.

Bu, iki ölkə arasında ABŞ-də keçirilən danışıqların ikinci mərhələsidir və görüş ötən cümə günü “Hizbullah” və İsrail arasında atəşkəs rejiminin qüvvəyə minməsindən sonra baş verir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
82
6
azertag.az

9Источники