RU

Fransa Kuboku: “Nitsa” “Strasbur”u məğlub edərək finala yüksəlib

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Nitsa” futbol üzrə Fransa kubokunun ikinci finalçısı olub.

İdman.Biz xəbər verir ki, yarımfinal oyununda komanda səfərdə “Strasbur”u 2:0 hesabı ilə məğlub edib.

Görüşün qəhrəmanı 51-ci dəqiqədə hesabı açan, daha sonra isə 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək dublunu rəsmiləşdirən Elye Vai olub.

Beləliklə, “Nitsa” turnirin finalına yüksəlib və burada “Lans”la qarşılaşacaq. Fransa kubokunun həlledici oyunu mayın 22-nə planlaşdırılıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
95
icma.az

1Источники