RU

ABŞ Hərbi Dəniz Qüvvələri naziri istefa verib

BAKI, 23 aprel. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) naziri Con Felan vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Felanın istefası dərhal qüvvəyə minib. İstefanın səbəbi açıqlanmayıb.

Məlumata görə, müvəqqəti olaraq HDQ naziri vəzifəsini onun birinci müavini Xanq Kao icra edəcək.

Qeyd edək ki, Con Felan 2025-ci il martın 25-də ABŞ Senatı tərəfindən bu vəzifəyə təsdiqlənmişdi. O, bir neçə investisiya şirkətinin təsisçisi və həmtəsisçisi kimi tanınır.

ABŞ-də Hərbi Dəniz Qüvvələri naziri donanmanın maddi-texniki təminatı və maliyyə resurslarına nəzarətə cavabdehdir. ABŞ-də Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları nazirləri prezident kabinetinin üzvləri hesab olunmur.

Избранный
96
1
teleqraf.com

10Источники