Bakı. Trend:
Fransa Yunanıstanla mübadilə proqramı çərçivəsində Ukraynayaəlavə “Dassault Mirage 2000” qırıcılarının verilməsi imkanınıdəyərləndirir.
Trend xəbər verir ki,razılaşma ehtiyat hissələri ilə birlikdə 24 ədəd “Mirage 2000-5” vəistismardan çıxarılmış 19 “Mirage 2000 EGM/BGM” olmaqla ümumilikdə43 təyyarənin təhvil verilməsini əhatə edir.
Bunun qarşılığında Fransa Yunanıstana eyni sayda “Rafale”qırıcılarını daha münasib qiymətlə təklif edir.
Gözlənilir ki, tərəflər arasında keçiriləcək danışıqlardamüqavilənin detalları və təyyarələrin dəqiq qiymətimüəyyənləşdiriləcək.