RU

AİB 2025-ci il üzrə illik hesabatını dərc edib

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) 2025-ci ildə Asiya və Sakit okeanregionunun dəyişikliklərə uyğunlaşmasına və çağırışları imkanlaraçevirməsinə dəstək olmaq üçün öz vəsaitləri hesabına 29,3 milyardABŞ dolları ayırıb və vacib institusional islahatlar həyatakeçirib.

Trend xəbər verir ki, bu gündərc olunan AİB-in 2025-ci il üzrə İllik Hesabatında mürəkkəb vəqeyri-müəyyən şəraitdə keçən 2025-ci ildə bankın əməliyyatları,eləcə də institusional və maliyyə fəaliyyətinə dair əsasgöstəricilər yer alır.

“2025-ci ildə AİB misli görünməmiş səviyyədə dəstək göstərib.Bu, 2024-cü il ilə müqayisədə 20% artım deməkdir. AİB-in ötənilkidəstəyi nəticəsində 3,3 milyondan çox iş yerinin yaradılması,həmçinin 180 milyondan çox insanın bu dəstəkdən yararlanmasıgözlənilir” — deyə AİB-in prezidenti Masato Kanda bildirib. “Bu,bankın Asiya və Sakit okean regionunun tələblərinə uyğun olaraqistənilən miqyasda və tezlikdə dəstək göstərmək qabiliyyətinə malikolduğunu nümayiş etdirir”.

Hökumətlərə və özəl sektora ayrılan kreditlər, qrantlar,investisiyalar, zəmanətlər və texniki yardım illik müqayisədə 20%artaraq 29,3 milyard ABŞ dollarına çatmışdır. Ötənilki dəstəyimizətəkan vermək üçün tərəfdaşlarımız da əlavə olaraq 14,7 milyard ABŞdolları məbləğində vəsait ayırmışdır.

Özəl sektorun inkişafı 2025-ci ildə AİB üçün əsasprioritetlərdən biri olmuş və bu istiqamət üzrə bankın ayırdığıvəsait 5,5 milyard ABŞ dolları təşkil etmişdir. Eyni zamanda özəlinvestisiyalar cəlb etmək üçün bankın dövlət sektoru üzrə ayırdığıvəsaitlərin yarısı birbaşa infrastrukturun inkişafına, islahatlaravə qurumlara dəstək göstərmişdir. AİB özəl sektorun inkişafınadəstək vermək baxımından unikal imkanlara malikdir. Belə ki, bankındövlət və özəl sektor üzrə əməliyyatları bir mərkəzdən, vahidhüquqi qurum və vahid maliyyə hesabatı əsasında fəaliyyətgöstərir.

AİB Mərkəzi və Qərbi Asiya üzrə 8,3 milyard ABŞ dolları, ŞərqiAsiya üzrə 1,4 milyard ABŞ dolları, Sakit okean regionu üzrə 680milyon ABŞ dolları, Cənubi Asiya üzrə 9,7 milyard ABŞ dolları vəCənub-Şərqi Asiya üzrə 9 milyard ABŞ dolları, əlavə olaraq regionallayihələr üçün 302 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır.Ən çox vəsait ayrılan üç əsas istiqamət maliyyə, nəqliyyat vədövlət sektorunun idarə olunması olmuşdur.

Asiya İnkişaf Bankı 2025-ci ildə inkişaf etməkdə olan üzvölkələrə yüksək keyfiyyətli və daha məqsədyönlü dəstək göstərməküçün mühüm institusional islahatları təsdiq etmişdir.

Bu islahatlara aşağıdakılar daxildir:

• Bankın kreditləşmə limitini aradan qaldırmaq və səhmdarlardanümumi kapital artımı tələb etmədən maliyyələşdirmə imkanlarını 50%artırmaq məqsədilə bankın nizamnaməsinə dəyişiklik olunması;

• İnkişaf etməkdə olan üzv ölkələrdə enerji əlçatanlığına vəenerji təhlükəsizliyinə daha yaxşı dəstək vermək üçün bank enerjisiyasətini yenilənməsi;

• Bankın dəstəyində keyfiyyət, dayanıqlıq və vəsaitlərinsəmərəli istifadəsinə nail olmaq üçün satınalma prosedurlarısadələşdirilməsi;

• Bərpa olunan enerji və rəqəmsal texnologiyalar üçün zəruriolan materiallara tələbatdan məsuliyyətli və dayanıqlı şəkildəfaydalanmaq məqsədilə kritik minerallardan istehsala qədər dəyərzəncirlərinin dəstəklənməsi üçün yeni yanaşma qəbul olunması.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv vədavamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır.AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışlarıhəll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətliinfrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyəalətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır.AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvüonun səhmdarlarıdır.

Избранный
91
17
az.trend.az

10Источники