RU

Ford un daha bir modelində problem aşkarlandı: Şirkət 140 minə yaxın pikapı geri çağırır

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Ford" şirkəti naqillərlə bağlı mümkün problemlərə görə ABŞ-də təxminən 140 min "Ford Ranger" pikapını geri çağırır.Avtosfer.az xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.Məlumata görə, sözügedən avtomobillərdə günəşdən qoruyucu və ya salonun tavan örtüyündəki naqillərin zədələnmə ehtimalı var. Bu nasazlıq qısaqapanmaya, nəticədə isə yanğın təhlükəsinə səbəb ola bilər. Dilerlər müvafiq yerlərdəki naqilləri yoxlayacaq və ehtiyac olarsa, onları əvəzləyəcəklər.Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bəri "Ford"un bazar dəyəri (kapitallaşması) 2.6% azalaraq 51 milyard dollara düşüb. Şirkət bundan əvvəl də transmissiyanın idarəetmə modulundakı proqram təminatı ilə bağlı problemlərə görə ABŞ-də təxminən 1.4 milyon "F-150" markalı avtomobilini geri çağırmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
109
avtosfer.az

1Источники