RU

Son bir gündə 51 cinayətin üstü açılıb

Daxili İşlər Nazirliyi aprelin 22-də ölkə üzrə 51 cinayətin açıldığını, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin də aşkar edildiyini açıqlayıb.

Gün ərzində axtarışda olan 131 nəfər saxlanılıb ki, onlardan 102-si borclu şəxs qismində axtarışda olub.

Məlumatda qeyd olunur ki, polis əməliyyatları zamanı narkotiklərlə bağlı 20, qanunsuz silah-sursatla əlaqədar 15 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.

 Rəsmi statistikaya əsasən, son illərdə hüquq-mühafizə tədbirlərinin intensivləşdirilməsi nəticəsində açılan cinayətlərin sayı artıb, xüsusilə narkotik və qanunsuz silah dövriyyəsinə qarşı əməliyyatlar genişləndirilib.

Gülnar Nazimqızı 

Избранный
58
anews.az

1Источники