RU

Laçın kanat yolunun inşası 2026-cı ilin sonunadək tamamlanacaq - VİDEO

Laçın
Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir. 1news.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat yayıb.
Məlumata görə, layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.
Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.

Избранный
28
10
1news.az

10Источники