“Sabah” Azərbaycan kubokunda 20-ci ev qoluna imza atıb. Bu topu Velko Simiç vurub.
Apasport.az xəbər verir ki, o, 1/2 finalın “Qarabağ”la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.
Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.
Qeyd edək ki, evdə ən çox qola imza atan komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.
"Qarabağ" ulduz futbolçusu ilə vidalaşır? - Qurbanov özü açıqladı
Qurban Qurbanov hakimlər haqda: "Sanki başlarını itiriblər"
Finalın adı: ”Sabah” - “Zirə”- YENİLƏNİB
Masazırda heyətlər BƏLLİ OLDU
"Sabah" - "Qarabağ" matçında anşlaq: BÜTÜN BİLETLƏR SATILDI