RU

Qazaxıstan neft emalı sektorunda 15 milyard dollar investisiya cəlb etməyi planlaşdırır - PetroCouncil

Bakı. Trend:

Qazaxıstan yaxın beş il ərzində emal sektoruna təxminən 15milyard dollar investisiya cəlb etməyi planlaşdırır.

Trend xəbər verirki, bunu Bakıda keçirilən bunu Bakıda Xəzər və Mərkəzi Asiyaregionlarında neft ticarəti və Logistika üzrə İkinci Forumda çıxışedən Qazaxıstanın Neft və Qaz Şurasının (PetroCouncil) sədriAsılbek Cakiev bildirib.

“Bunların arasında illik 1,2 milyon ton istehsal gücünə malik,dəyəri 7,6 milyard dollar olan polietilen istehsalı layihəsi,həmçinin illik 900 min ton istehsal həcmi nəzərdə tutulan, dəyəri1,1 milyard dollar olan butadien istehsalı layihəsi də var”, – deyəCakiev qeyd edib.

Onun sözlərinə görə, strateji məsələ bu neft-kimya məhsullarınındünya bazarlarına necə çatdırılmasından ibarətdir.

“Bu baxımdan, şimal marşrutu yaxın 5–10 il ərzində məhdud qalabilər ki, bu da alternativ dəhlizlərin əhəmiyyətini artırır”, –deyə o bildirib.

Cakiev ixracın prioritet istiqamətləri arasında layihələrinmaliyyələşdirilməsində Çin dövlət şirkətlərinin iştirakını nəzərəalaraq Çini, həmçinin Xəzər dənizi və Orta dəhliz vasitəsiləAzərbaycanı xüsusi qeyd edib.

Məqalədə:
Избранный
45
50
az.trend.az

10Источники