RU

ABŞ Dövlət Departamenti amerikalıları Azərbaycan sərhədi ilə İranı tərk etməyə çağırıb

Bakı. Trend:

ABŞ Dövlət Departamenti İranın hava məkanının qismənaçılmasından sonra Amerika vətəndaşlarına İranı tərk etməyi tövsiyəedib.

Trend xəbər verirki, bu barədə ABŞ-nin xarici siyasət qurumunun rəsmi saytındaməlumat dərc olunub.

"21 aprel tarixinə olan vəziyyətə görə, İranın hava məkanıqismən yenidən açılıb. ABŞ vətəndaşlarına yerli mediaya istinadedərək aktual məlumatları izləmək və İrandan reyslər barədə əlavəməlumat üçün kommersiya daşıyıcıları ilə məsləhətləşmək şərti iləölkəni dərhal tərk etmək tövsiyə olunur. İranı tərk etməyə çalışanamerikalılar bunu quru yolu ilə Ermənistan, Azərbaycan, Türkiyə vəTürkmənistan üzərindən də həyata keçirə bilərlər”, – məlumatdabildirilir.

Dövlət Departamenti həmçinin, ABŞ vətəndaşlarına Əfqanıstan,İraq və İranla həmsərhəd Pakistan ərazilərinə səfər etməməyitövsiyə edib.

İran İslam Respublikasını tərk etmək imkanı olmayanamerikalılara növbəti göstərişədək yaşayış yerlərində – evdə,hotellərdə və ya digər binalarda qalmaq, həmçinin pəncərələrdənuzaq durmaq tövsiyə olunub.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İrantəklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başaçatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşıtətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

Məqalədə:
Избранный
71
3
az.trend.az

5Источники