RU

Qrim ustası otağından çıxarılıb? ARKA-dan açıqlama

Bu sözlər Azərbaycan Respublikasının Kino Agentliyinin yaydığı bəyanatdandır. Agentlik bildirib ki, hazırda kinostudiyanın ərazisində oranın kino sənayesi parkına çevrilməsi istiqamətində mərhələli şəkildə abadlıq, təmir və bərpa işlərə başlamışdır. Bu çərçivədə mövcud məkanların funksional baxımdan yenidən təşkili aparılır.

Elbrus Vahidovun istifadəsində olan otaqlardan anbar kimi istifadə edilən hissə onun razılığı və iştirakı ilə təmir məqsədilə boşaldılmış, şəxsi əşyaları özü tərəfindən götürülmüşdür. Otaqda olan istifadəyə yararsız inventar da razılığı əsasında çıxarılmışdır.

“Elbrus Vahidovun kinostudiyada ayrıca iş otağı mövcuddur və o, fəaliyyətini davam etdirir. Təmizlənmiş məkanın qrim xidmətləri üçün istifadəsi nəzərdə tutulur. Həmin otağın icarəyə verilməsi ilə bağlı səsləndirilən fikirlər isə təsdiqini tapmır”,- Agentlik vurğulayıb.

Qrim rəssamının özü “modern.az”-a bildirib ki, sözügedən otaq uzun müddətdir müxtəlif məqsədlər üçün istifadə olunurdu və orada yalnız o fəaliyyət göstərməyib. Əşyalarının çıxarılması məsələsinə gəlincə, o bildirib ki, yayılan məlumatlar müəyyən qədər şişirdilib: “Mənə dedilər ki, lazım olanları götür. Sadəcə, aparmağa yerim yox idi. Nə mümkün idisə, çıxarıb apardım”.

Hazırda fəaliyyətinə toxunan qrim rəssamıartıq pensiyada olduğunu və aktiv işləmədiyini deyib. O, əvvəlki kimi kinostudiyaya gedib-gəlmədiyini, yalnız məsləhət xarakterli dəstək verdiyini vurğulayıb.

ARKA qeyd edib ki, ümumilikdə həyata keçirilən işlər kinostudiyada daha səmərəli və rahat yaradıcı mühitin formalaşdırılmasına, kino sahəsində çalışan mütəxəssislər üçün imkanların genişləndirilməsinə xidmət edir. Tarixi ənənələrə malik “Azərbaycanfilm” kinostudiyasının müasir yanaşmalar əsasında yenilənməsi və inkişafı istiqamətində tədbirlər davam etdirilir.
Избранный
73
azvision.az

1Источники