RU

Bakı–Tbilisi–Ceyhan kəməri ilə neft tədarükünün genişləndirilməsi üçün Qazaxıstanın həcmləri artırması zəruridir

Bakı.Trend:

Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə neft təchizatınıngenişləndirilməsi üçün Qazaxıstan tərəfindən həcmlərin artırılmasızəruridir.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən IIXəzər və Mərkəzi Asiya neft ticarəti və logistikası forumunda“SOCAR Trading” şirkətinin ticarət əməliyyatları üzrə icraçıdirektor vəzifəsini icra edən Tağı Tağızadə bildirib.

“Qazaxıstan nefti BTC marşrutu ilə nəql edir, belə ki, dəyərbaxımından fərqlərin mövcudluğunu qəbul edir. Burada marşrutunkeyfiyyəti, çatdırılma müddəti, daşınma xərcləri, qiymətqoymastrukturu, sığorta xərcləri və digər amillər nəzərdə tutulur”, –deyə o bildirib.

"SOCAR Trading" nümayəndəsinin sözlərinə görə, bütün buelementlər həqiqətən mövcuddur və BTC marşrutu region üçün dahatəhlükəsiz və daha dəyərli ixrac istiqamətidir və bu statusunu bugün də qoruyub saxlayır.

“Eyni zamanda, Qazaxıstandan olan həmkarlarımız daşınmanınyüksək dəyərini haqlı olaraq qeyd etsələr də – çünki onlar Xəzərdənkeçən daşımaları, Qazaxıstan ərazisi üzrə daxili nəqliyyatı və dahasonra Ceyhana çatdırılmanı həyata keçirməlidirlər – bununla beləBTC-ni mövcud marşrutlara yaxşı alternativ kimi qiymətləndirirlər.BTC marşrutundan istifadəni daha da genişləndirmək üçün əsas amilQazaxıstan tərəfindən tədarük həcmlərinin artırılması ola bilər”, –deyə T. Tağızadə yekunlaşdırıb.

Qeyd edək ki, BTC Co.-nun səhmdarları aşağıdakılardır:

bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni(5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh(3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

Məqalədə:
Избранный
45
11
az.trend.az

8Источники