Sosial şəbəkələrdə Ağstafa rayonunda şagirdin bıçaq xəsarəti alması barədə məlumat yayılıb.
Hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb. Məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Hadisə ilə bağlı Sədadət Şükürova adına 3 nömrəli məktəbdən “Cebheinfo.az”-a bildirilib ki, aprelin 21-də Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib:
“Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.