RU

Bakıda bəzi küçələrdə sıxlıq problemi aradan qaldırıldı (FOTO/VİDEO)

Bakı.Trend:

Paytaxtın Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı,eləcə də Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrininkəsişməsində yerləşən svetoforlarda dəyişiklik edilib.

Bu barədə Trend-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetməMərkəzindən məlumat verilib.

Bildirilib ki, son vaxtlar qeyd olunan yolayrıclarında nəqliyyatintensivliyinin artması nəzərə alınaraq, avtomobillərin rahathərəkətini təmin etmək məqsədilə:

1. Bəsti Bağırova - Cəfər Cabbarlı küçələrinin kəsişməsindəsvetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 18 saniyəazaldılıb;

2. Cəfər Cabbarlı - Məhəmməd Naxçıvani küçələrinin kəsişməsindəsvetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 12 saniyəartırılıb.

Görülən işlər nəticəsində Bəsti Bağırova küçəsində gününmüxtəlif saatlarında təxminən 220 metrdən çox uzunluqda yaranannəqliyyat sıxlığı tamamilə aradan qalxıb.

Bakıda
Избранный
127
23
az.trend.az

10Источники