RU

Hörmüz boğazının bağlı qalması Asiya bazarına təsirsiz ötüşmür

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 23 aprel, AZƏRTAC

Qlobal miqyasda xam neft və neft məhsullarının təxminən beşdəbirinin daşındığı Hörmüz boğazında təchizatda baş verən fasilələr mart ayında Asiyanın əsas neft idxalçılarına müxtəlif dərəcədə təsir göstərib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, boğazdan ötən il gündəlik təxminən 20 milyon barel neft və neft məhsulları daşınıb və bu həcmin böyük hissəsi Asiya bazarına yönəlib. Çin və Hindistan əsas alıcılar sırasında olub, Yaponiya və Koreya Respublikası da bu marşrutdan çox asılı vəziyyətdədir.

Martda Çinin Yaxın Şərq xam nefti idxalında məhdud azalma müşahidə olunub. Buna səbəb Körfəzdən münaqişədən əvvəl verilən sifarişlər və Rusiyadan təchizatın artmasıdır. Lakin eyni dövrdə Hindistanın neft idxalı təxminən 17 faiz azalaraq gündəlik 4,4 milyon barelə, Yaponiyanın idxalı 33 faiz geriləyərək 1,7 milyon barelə, Koreya Respublikasını idxalı isə təxminən 37 faiz azalaraq 1,7 milyon barelə düşüb.

Yaponiya və Koreya Respublikası demək olar ki, tamamilə idxaldan asılı ölkələrdir. Bazarda qiymətlərin artması və təchizat riskləri səbəbindən hazırda Hindistan Rusiya neftinə, Koreya Respublikası isə Kanada neftinə yönəlib. Yaponiya təchizatdakı çətinliklərdən təsir görməmək üçün strateji neft ehtiyatlarından istifadə edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
67
1
azertag.az

2Источники