RU

“Sabah”la “Turan Tovuz” çətin durumda “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Aprelin 25-də Misli premyer-liqasında növbəti – 29-cu tura start veriləcək. Mövsüm sona yaxınlaşdığından hər matç gərgin keçir, bu öz yerində. Ancaq bu həftə başqa vacib məqamlar da var. Ona görə ki, bu çərçivədə təkcə avrokuboklara vəsiqə qazanmaq və premyer-liqadakı yerini qorumaq istəyənlərin duellərinə yox, həm də Azərbaycan derbisinə şahidlik edəcəyik. Artıq komandaların hansı futbolçularının cəzalı olduğu da bəlli olub.“Football-plus.az” xəbər verir ki, “Turan Tovuz”dan Emmanuel Hakman, Joarlem Batista, “Karvan-Yevlax”dan Eltun Turabov, “Kəpəz”dən Mahamadu Ba, “Qəbələ”dən Adriel Ba Loua, “Neftçi”dən Breno Almeyda, “Sabah”dan Stiv Solvetlə Abdulla Xaybullayev qarşıdan gələn oyunlarda forma geyə bilməyəcək.Qeyd edək ki, 29-cu tura aprelin 27-də yekun vurulacaq.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
1
icma.az

2Источники