RU

Azərbaycanın paytaxtı dəyişir? Deputat açıqladı

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Bəzən deyirlər paytaxt köçürülsün, amma biz paytaxtın köçürülməsini rasional hesab etmirik.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarklıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.

O bildirib ki, paytaxtın köçürülməsi əvəzinə regionların inkişafı həyata keçirilməlidir: “İşğaldan azad edilmiş ərazilərimizə Böyük qayıdış regionların inkişafını tamamlayan böyük sənəddir. Eyni zamanda Naxçıvanda regional idarəetmə təkmilləşir, bələdiyyələr inkişaf edir”.

Komitə sədri qeyd edib ki, iqtisadi rayonlaşma sahəsində yeniliklər həyata keçirilir: “İqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb ki, bu da regionların inkişaf etdirimləsi tədbirlərinin daha kompleks şəkildə inkişaf etdirilməsinə imkan verir”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
86
icma.az

1Источники