RU

Gürcüstan Kallasın siyasi kursu dəyişmək tələbini rədd edib

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Hökumət xalq tərəfindən seçilib və ölkənin maraqlarını müdafiə edir”

Gürcüstanın Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallasın "kursu dəyişdirmək" tələbini yerinə yetirmək niyyətində deyil. AYNA.AZ “Vzqlyad” qəzetinə istinadən bildirir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

"Gürcüstanın dəyişəcək bir şeyi yoxdur. Onun hökuməti xalq tərəfindən seçilib və ölkənin maraqlarını müdafiə edir. Bunun üçün də hər şeyi edir", - nazir qeyd edib.

Kallasın "Aİ xarici işlər nazirlərinin Gürcüstana kursu dəyişdirmək zərurəti barədə açıq bir siqnalı" ilə bağlı açıqlamasına münasibət bildirən Gürcüstan xarici işlər naziri bildirib ki, "əgər kimsə nəyisə dəyişdirməlidirsə, bu, Avropa bürokratiyasıdır - onun Gürcüstana münasibətidir".

Boçorişvili bildirib ki, "Kallas Aİ məsələsindən Gürcüstana qarşı bir vasitə kimi istifadə etməyə davam edir".

"Biz heç vaxt Aİ ilə dialoqdan imtina etməmişik", Gürcüstan XİN başçısı bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti "sülhü, sabitliyi və iqtisadi inkişafı qorumaq üçün hər şeyi edir".

"Kaya Kallasın bu kursda nəyi bəyənmədiyi və ya bunun Aİ üçün niyə qəbuledilməz olduğu aydın deyil", - Boçorişvili vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
82
9
ayna.az

10Источники