RU

"Çelsi"ni bu üç məşqçidən biri çalışdıracaq - ADLAR

Liam Rosenyorla yollarını ayıran “Çelsi” yeni baş məşqçi axtarışını davam etdirir. 

Fanat.Az xəbər verir ki, London təmsilçisinin vakant posta üç əsas namizədi var.

İnformasiyanı “BBC Sport” yayıb. 

Mənbənin məlumatına görə, söhbət “Bornmut”dan yeni ayrılan Andoni İraola, “Fulhem”in çalışdırıcısı Marko Silva və hazırda işsiz olan Edin Terziçdən gedir.

“Çelsi” Premyer Liqada 33 turdan sonra 48 xal toplayıb və hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməmək təhlükəsi ilə üzləşib. 

Mirağa

Избранный
83
13
fanat.az

10Источники