RU

Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi

Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.

Vətəndaşlardan daxil olan şikayətlər əsasında polisin həyata keçirdiyi tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən müğənni saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Избранный
74
47
missiya.az

10Источники