ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Birliyi Ukraynaya 90 milyard avroluq kredit ayırmağa hazırlaşır. Bu hazırlıq fonunda isə Rusiyaya qarşı yeni sanksiyaların imzalanacağı gözlənilir.
Bakupost.az “The Guardian”a istinadən xəbər verir ki, bununla bağlı qərar Avropa Birliyi liderlərinin bu axşam Cənubi Kiprdə keçiriləcək görüşündə veriləcək.
Görüşdə Yaxın Şərqdəki son vəziyyət və Aİ-nin 2028-ci il büdcəsi müzakirə ediləcək.
Xatırladaq ki, Ukraynaya 90 milyard avroluq yardımın ayrılmasına və Rusiyaya qarşı yeni sərtləşmiş sanksiyaların tətbiqinə Macarıstanın sabiq prezidenti Viktor Orban veto qoymuşdu.
Avropa Birliyinin Orbanın səbəb olduğu 4 aylıq gecikmədən sonra məqsədinə çatacağı gözlənilir.
Aysun Əliyeva, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.