Azərbaycanın Avropa üçün "strateji tərəfdaş" kimi qiymətləndirilməsi regionda siyasi balansı necə dəyişə bilər? Energetika sahəsində əməkdaşlıq Azərbaycanın Avropa ilə münasibətlərində hansı yeni imkanlar və risklər yaradır?
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:
" İlk olaraq Latviya keçmiş sovet ölkəsidir, hazırda Avropa İttifaqının və NATO-nun üzvüdür. Və Latviya hər zaman keçmiş sovet respublikalarından enerji təminatı baxımından asılı idi. Və bu günkü reallığı nəzərə alaraq ən stabil, davamlı və öz öhdəliklərini vaxtında yerinə yetirən tərəfdaş kimi, əlbəttə ki, Azərbaycanın mövqeyini qiymətləndirdi və Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu göstərdi.
Biz bilirik ki, böyük Avropa Birliyinin əsas problemlərindən biri enerji təhlükəsizliyidir. Və bu baxımdan vaxtilə Azərbaycanı tərəfdaş kimi seçmələri son dövrdə göstərdi ki, onların ən uzaqgörən və düzgün siyasətlərindən biri olub. Bu gün Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqına daxil olan ölkələrin böyük əksəriyyətinə enerji təhlükəsizliyi, xüsusilə qaz təminatını həyata keçirir. Bu baxımdan Azərbaycanın bu mövqeyi davamlı və məsuliyyətli tərəfdaş kimi, öz öhdəliklərini daim yerinə yetirən tərəfdaş kimi Avropa üçün çox maraqlı və vacib ölkədir. Və bu da Azərbaycanın mövqeyini Avropada hədən artıq gücləndirir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31