RU

3 il əvvəl Laçın–Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması mühüm hadisə idi - RƏY

Bakı, 23 aprel, AZƏRTAC

2023-cü ilin aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında, Azərbaycan–Ermənistan dövlət sərhədində buraxılış məntəqəsinin qurulması Azərbaycan dövləti və xalqı üçün mühüm əhəmiyyət daşıyan tarixi hadisə kimi qiymətləndirilir. Bu addım 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə əldə olunan ən önəmli nəticələrdən biridir.

Bu fikirləri AZƏRTAC -a açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirib.

Onun sözlərinə görə, Laçın–Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına qədər olan dövrdə bölgədə təhlükəsizlik, nəzarət və qanunsuz hərəkətlərlə bağlı ciddi çağırışların mövcud idi. Həmin mərhələdə müxtəlif qanunsuz daşımalar və təhlükəsizlik riskləri ilə bağlı problemlərin yaranmışdı. Buraxılış məntəqəsinin yaradılması ilə bu cür halların qarşısının alınması, qanunsuz hərəkətlərin məhdudlaşdırılması və sərhəd nəzarətinin gücləndirilməsi istiqamətində mühüm addım idi”.

Hərbi ekspert vurğulayıb ki, buraxılış məntəqəsinin qurulması haqqında qərar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial mövqeyi və milli maraqların təmin olunması istiqamətində atdığı qətiyyətli siyasətin nəticəsidir. “Eyni zamanda, bu addım Azərbaycanın ərazi bütövlüyünün qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və ölkə ərazisində yaşayan bütün vətəndaşların təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Ümumilikdə, Laçın–Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın müasir tarixində mühüm mərhələlərdən biri kimi qiymətləndirilir”, - deyə ekspert əlavə edib.

Müxbir-Nailə Həsənova

Избранный
37
1
azertag.az

2Источники