RU

Kürdə 2010-cu il daşqını təkrarlanacaq?

Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda bir neçə gündür müşahidə olunan aramsız yağışlar daşqınlara səbəb olub. 

Nəticədə Kür çayında suyun səviyyəsi yüksəlib. Çayın rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın çaya qovuşduğu ərazidə mühafizə bəndi dağılıb. 

Həmçinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Əlibəyli kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini su basdığı barədə açıqlama yayıb. 

Qurumdan bildirilib ki, Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə olunan su basma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə edib. 

Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır. 

Bu isə əhalidə 2010-cu ildə Kürün səviyyəsindəki artımla əlaqədar subasmaların təkrarlanacağı barədə narahatlıq yaradıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Cebheinfo.az”-a bildirib ki, bəzi çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir: 

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur”. 

Xatırladaq ki,  2010-cu ilin may ayında Azərbaycanın Aran bölgəsini əhatə edən genişmiqyaslı daşqın olub. Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir rayonlarının çay sahili boyu ərazilər suyun altında qalıb. Ölkənin şərq hissəsində Şirvan ərazisində Kür seli çay səddini dağıtmış və Bayramlı qəsəbəsini basıb. 

Xoşbəxtlikdən insan itkisi qeydə alınmayıb. 50 min hektara yaxın ərazini su basmış və 20 mindən çox ev suyun altında qalıb. 

300-dən çox ev tamamən dağılıb. 10 min hektarlarla əkin sahələrini və otlaqları su basması ilə təsərrüfata böyük zərər dəymişdir. 10 minlərlə insan isə öz ev-eşiklərini tərk edərək çadırlara yerləşdirilib.

Избранный
49
36
cebheinfo.az

10Источники